Avtomobil Nəqliyyatı

Avtomobil Nəqliyyatı

Şirkətimiz həm standart, həm də standartı aşan istənilən növ yüklərin daşınmasını təşkil edir. Bütün proses vahid, hərtərəfli düşünülmüş və müntəzəm nizamlanan logistik plan üzrə tənzimlənir. Bu plan bütün yolların trayektoriyası, marşrutların keçdiyi ərazi şərtləri logistika mütəxəssislərimiz tərəfindən detallı öyrənildikdən sonra təsdiqlənir. Xüsusi diqqət tələb edən qeyri-standart yükdaşımaları üçün hər bir sifarişin texniki özəlliklərinə uyğun çatdırılma  təklif olunur. Bu zaman lazım olan bütün texniki avadanlıqların prosesə cəlbini təmin edirik. Biz yükü müşayiət edən sənədlərə, müştərilərlə bağlanan müqavilələrin düzgün rəsmiləşdirilməsinə və yolboyu daşımanın bütün qaydalarına tam nəzarət edirik.  İstər standart, istərsə də qeyri-standart - şirkətimiz avtomobil nəqliyyatı ilə həyata keçirilən bütün növ yükdaşımalarının təhlükəsizliyinə və operativliyinə zəmanət verir!