NARÇİN TRANSPORT

Azərbaycanın nəqliyyat sektoruna yüksək xidmət və müştəri məmnuniyyəti gətirəcək yerli şirkətdir.

Nəqliyyat sektorunda qabaqcıl, gənc, dinamik struktura və peşəkar kadrlara malik şirkətimiz beynəlxalq nəqliyyat sahəsində keyfiyyətli və münasib xidmət göstərməkdədir. Sizə təkcə yüklərin daşınmasının təşkilində deyil, həmçinin lazımı sənədləri tərtib etməkdə də kömək göstərir.
Beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən mütəxəsislərimizin təcrübəsi yüklərin daşınması və gömrük rəsmiləşdirilməsi zamanı qarşıya çıxa biləcək problemləri həll etməyə imkan yaradır.

  • Narchin.az
  • Narchin.az
  • Narchin.az
  • Narchin.az
  • Narchin.az
  • Narchin.az

Fəlsəfəmiz

İşimizin prioriteti – beynəlxalq yükdaşimalarda beynəlxalq standartlara uyğun fəaliyyət!

Texniki məsələlərin çözülməsində də hər zaman müştərilərimizin yanındayıq: bu sektorda ixtisaslaşmış səriştəli mütəxəssislərimizin təcrübəsi yüklərin daşınması və gömrük rəsmiləşdirməsi zamanı qarşıya çıxa biləcək istənilən növ problemləri çevik və komanda şəklində vaxtında həll etməyə imkan verir.

Missiyamız

Dəyişən yüklərimizdir, xidmətimizin keyfiyyəti isə hər zaman sabit qalır!

NARÇİN TRANSPORT bir sıra ölkələrin (Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, İran, Qazaxıstan, Türkmənistan və.s) aparıcı yükdaşıma şirkətləri ilə uzunmüddətli əməkdaşlığın təşkilini daim diqqət mərkəzində saxlayır. Şirkətimiz həm böyük, həm də kiçik həcmli yüklərin daşınmasını həyata keçirir.

Vizyonumuz

Azərbaycan nəqliyyat sektoruna peşəkarlıq fərqi və texnoloji yenilik gətirəcəyimizə əminik!

Bu iddianın arxasında peşəkar komanda, düzgün qurulmuş və tam nəzarətdə saxlanılan iş prosesi, yüksək texnologiyalara əsaslanan sistem dayanır. Bu sahəyə gətirəcəyimiz fərqliliklərlə yükdaşımaları sektorunda qalıcı üstünlüklər əldə etmək və əsas hədəfimiz – hər zaman müştəri məmnuniyyətini təmin etmək niyyətindəyik!