Liman Əməliyyatları

Liman Əməliyyatları

Etibarlı partnyorlarımız: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Abşeron Logistika Mərkəzi, Poti Dəniz Limanı, Hövsan Limanı, Astara Quru Yük Terminalı.

Dəniz və quru yolu ilə  yükdaşımaları üçün qurduğumuz geniş şəbəkə sayəsində biz neft və qeyri-neft sahəsi üzrə aşırma əməliyyatlarını operativ şəkildə icra edirik. Müxtəlif şəraitli anbarlarımızın geniş çeşidi bir-birindən fərqli texniki göstəricilərə malik yükləri saxlamağa imkan verir.

Bundan başqa, yük gəmilərinin limana yanalma işləri də ən təhlükəsiz şəkildə və vaxt itkisinə yol verməyərək həyata keçiririk. Dəniz yolu ilə yükdaşımalara da eyni yüksək tələblərlə yanaşırıq: xüsusi diqqət, tam nəzarət, təhlükəsizlik və keyfiyyət.